“Nar” 2022-ci ildə də ölkənin nüfuzlu bilik yarışı “Breyn
Rinq”lə əməkdaşlığını davam etdirir. Artıq 19-cu mövsümə start
vermiş intellekt müsabiqəsində Azərbaycanın 9 bölgəsini və 8
universitetini təmsil edən 20 komanda yarışır. 19-cu mövsümdə
komandalar 3 divizionda, Bakı, regional və tələbə divizionlarında
mübarizə aparır. Bakı divizionunda 4, region və tələbə
divizionlarının hər birində 8 komanda iştirak edir. Divizionların
qalibləri və reytinq əsasında seçilən bir komanda mövsüm finalında
görüşəcəklər. Hər cümə saat 22:00-da İctimai TV-də komandalar
arasındakı kəskin bilik mübarizəsini izləmək mümkündür.
Qeyd edək ki, müsabiqəni efirdən izləyən “Breyn Rinq”
tamaşaçıları da suallara cavab vermək və “Nar”dan hədiyyə qazanmaq
imkanına sahidirlər. Bunun üçün efirdə səslənən xüsusi suala
“Nar”ın “Twitter”
səhifəsindən cavab vermək lazımdır.
Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində davamlı
layihələri ilə seçilən mobil operator “Nar” uzun illər ərzində
“Breyn Rinq” layihəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq da “Nar”ın
təhsilə və maariflənməyə dəstək KSM strategiyası çərçivəsində
həyata keçirilir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə
verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə
lider mobil operatordur.