“Nar” əyləncə dolu yay kampaniyasına start verir

“Nar” əyləncə dolu yay kampaniyasına start verir

Əyləncə dolu bir yay keçirmək istəyənlər üçün “Nar” maraqlı fəaliyyətlərlə dolu yay kampaniyasına başlayır. Paytaxt Bakı və bölgələrdə keçiriləcək kampaniyada iştirak edənlər maraqlı oyunlara qatılaraq əylənəcək və “Nar”dan hədiyyələr qazana biləcək.

Bundan başqa, mobil operatorun sosial media səhifələrində keçiriləcək müsabiqələrdə iştirak etməklə “Nar”dan dəyərli hədiyyələr, ən əsası, iki nəfərlik səyahət paketi qazanmaq şansı da əldə edirsiniz.

“Nar”ın sürpriz və yeniliklərini sosial mediada kampaniyanın rəsmi simaları İradə Qədirova (Instagram: irada_gadirova), Samirə Əfəndi (Instagram: efendi_music) və Cəfər Nəcəfov (Instagram: jafarnajafov) paylaşacaqlar.

Kampaniyanın ən böyük və əyləncəli sürprizi isə yayın sonunda olacaq. Səbrsizliklə gözlənilən o gün barədə xəbərləri “Nar”ın rəsmi hesablarından, kampaniyanın rəsmi simalarından və #TamHazıram həştəqini izləməklə əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

Teqlər: