“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının 22-ci mövsümü başlayır. Yeni mövsümdə 9 region və 7 universiteti təmsil edən 19 komanda “Bilik” kuboku uğrunda mübarizə aparacaq. Yarışı hər həftənin bazar günü saat 17:00-da İctimai Televiziyada izləmək mümkündür.
Qaydalara görə, il əzrində 2 mövsüm oyun oynanılır. 1-ci mövsümdə “Nar” Kuboku, 2-ci mövsümdə isə “Bilik” Kubokunun sahibi bəlli olur. İlin sonunda isə hər kubokun qalibi, yəni 2 komanda Azərbaycan çempionu titulu uğrunda yarışır. İndiki mövsümdə “Bilik” Kubokunun qalibi bu titul uğrunda “Birbank” komandası ilə mübarizə aparacaq.
Qeyd edək ki, elm və təhsilə dəstək “Nar”ın korporativ sosial məsuliyyət strategiyalarının əsas istiqamətlərindən biridir. Mobil operatorun gerçəkləşdirdiyi digər KSM layihələri haqqında nar.az/projects səhifəsindən məlumat əldə edə bilərsiniz.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.