Xəbər - Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:
“Nar” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keyfiyyətli IT infrastrukturunun yaradılması üçün mobil stansiyalar quraşdırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, “Nar”ın texniki şöbəsi artıq ötən il həmin ərazilərdə avadanlığın yerləşdirilməsini planlaşdırmağa başlayıb:
“Nar”ın azad edilmiş ərazilərdə şəbəkəsinin genişləndirilməsi ilə bağlı layihə və planlama işləri başa çatıb. Artıq bəzi ərazilərdə şəbəkəmiz əlçatandır. Bu gün biz infrastrukturun genişləndirilməsi üzərində işləyirik. Həmçinin, investisiyaların cəlb olunması istiqamətində iş aparırıq”.