“Nar” ardıcıl üçüncü il Müştəri Loyallığı İndeksində lider oldu

2021-ci ilin Müştəri Loyallığı İndeksi nəticələrinə görə mobil
operatorlar arasında “Nar” ən yüksək nəticə göstərərək
birinciliyini qoruyub. Ötən illə müqayisədə “Nar”ın Müştəri
Loyallığı İndeksi 2021-ci ildə 50% yüksəlib. “Nar” 2019-cu ildən
etibarən Müştəri Loyallığı İndeksi üzrə yerli mobil rabitə
bazarının lideridir.

Şirkətin Baş İcraçı Direktoru Qunnar Panke əldə olunan nəticədən
dolayı qürur duyduğunu bildirir. ““Nar” olaraq bütün fəaliyyətimizi
son nəticədə müştərilərimizin rahatlığına fayda verəcək şəkildə
qurmuşuq. İstər yeni məhsullar hazırlayarkən, istərsə də mövcud
xidmətləri təkmilləşdirərkən abunəçilərimizin rəylərini öyrənirik
və tətbiq edirik. Bu liderliyi Azərbaycan kimi rəqabətcil rabitə
bazarında 3 il boyunca saxlaya bilmək bizim üçün çox böyük
uğurdur.”

“Nar”ın sərfəli təklifləri, mobil internet xidmətlətinin
keyfiyyəti və müştəri xidmətlərinin üstünlüyü Müştəri Loyallığı
İndeksini üzrə lider mövqeyinin qorunub saxlanmasının əsas
faktorları olub. “Nar” mağazalarının yenilənərək müştərilər üçün
daha rahat xidmət şəraitinin yaradılması, “Nar+” tətbiqinin
təkmilləşdirilməsi ilə abunəçilərin balanslarına daha asan nəzarət
etməsi və həmçinin davamlı gücləndirilən mobil şəbəkə mobil
opeartorun müştəriyönümlülük strategiyası çərçivəsində həyata
keçirilir. Mobil operatorun müştəriyönümlülüyü özünün əsas iş
istiqaməti kimi müəyyən etməsi abunəçilərin razılığının məhz bu
yöndə xüsusi seçilməsinə səbəb olub.

Qeyd etmək lazımdır ki, Müştəri Loyallığı İndeksinin (Net
Promoter Score – NPS
) müəyyən edilməsi mobil operatordan asılı
olmayan, müstəqil qurumlar tərəfindən beynəlxalq təhlil
standartlarına uyğun sorğular əsasında aparılır. Bir qayda olaraq,
sorğuda iştirak edənlər istifadə etdikləri xidməti yaxınlarına,
dostlarına, qohumlarına məsləhət görərdilərmi sualına 10 ballıq
qiymətləndirmə ilə cavab verirlər.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və
tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil
operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi
strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə
artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim edib.

Teqlər: