“Nar” 15 illiyi münasibətilə hədiyyəli yarışlara davam edir!

“Nar” 15 illik yubileyi münasibətilə sosial media səhifələrində
hədiyyəli yarışmalarına davam edir. Mobil operatorun
“Hekayəmizin qəhrəmanı sənsən” devizi ilə
başlatdığı əyləncəli müsabiqədə bütün “Nar” abunəçiləri iştirak edə
bilərlər. 18 aprel tarixinədək davam edəcək yarışmada abunəçiləri
“Xiaomi Mi Electric Scooter Pro 2”, “JBL Quantum 600”, “JBL Flip 5”
kimi dəyərli hədiyyələr qazanmaq fürsəti gözləyir.

Müsabiqənin qaydaları ilə tanış olmaq və fürsətlərdən
yararlanmaq üçün “Nar”ın rəsmi sosial media səhifələrini(Facebook», «İnstagram» və «Twitter») izlədiyinizdən əmin
olun.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə
verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə
lider mobil operatordur.

Teqlər: