Mütəmadi olaraq seçicilərlə görüşən, onların problemlərini dinləyən millət vəkili ayrı-ayrılıqda vətəndaşları qəbul edib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirib.
Araşdırılması tələb olunan müraciətlər millət vəkili tərəfindən nəzarətə götürülüb, aidiyyatı orqanlara sorğular göndərilib.
Müraciətlər əsasən gənclərin məşğulluğu, sənədləşdirmə, hüquqi yardım, əfv məsələləri və s. ilə bağlı olub.
Millət vəkili qəbula gələn vətəndaşlara həmçinin sağlamlıqlarına diqqət edərək, pandemiya ilə mübarizədə karantin qaydalarına əməl etməyi və vaksinasiyadan keçməyi də tövsiyə edib.