Napoleon Banopartın papağı 2 milyon avroya satıldı

Napoleon Banopartın papağı 2 milyon avroya satıldı

Fransanın ilk imperatoru I Napoleon Bonapartın (1769-1821) geyindiyi papaq Fontenbloda keçirilən hərracda təxminən 2 milyon avroya satılıb.

AzerTimes xəbər verir ki, bu barədə Osenat Auksion Evi məlumat yayıb.

“Bir çox təkliflərdən sonra İmperator Napoleonun papağı 1.932.000 avroya öz alıcısını tapdı”, – deyə təşkilatçılar bildirib.

Onlar həmçinin bu qiymətin Napoleon Bonapartın kolleksiyası üçün rekord məbləğ olduğunu qeyd ediblər.

Teqlər: