Vətən müharibəsi dövründə Ermənilərin Gəncə şəhərini raket atəşinə tutduğu gün “TRT Haber” telekanalına müsahibəsində “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naoborot qızışıyor” sözləri ilə məşhurlaşan Gəncə şəhər sakini, Taryel Şahverdiyev 60 yaşında dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, onun infarktdan öldüyü bildirilib.
Qeyd edək ki, T.Şahverdiyev Birinci Qarabağ müharibəsi qazisi olub.