“Qarabağ”la oyun üçün səyahət çox çətindir.
AzerTimes xəbər verir ki, bunu Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Azərbaycan təmsilçisinə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu ilə bağlı klubun rəsmi saytına müsahibəsində deyib.
59 yaşlı fransalı mütəxəssis bəzi məhdudiyyətlərin olduğunu bildirib: “Bərpa və məşqlər üçün infrastruktur məsələləri var. Avrokubok matçından 3 gün sonra çempionatda “Lans”la üz-üzə gələcəyik. Bakıdakı oyundan sonra və ya ertəsi gün Fransaya qayıdacağımızı hələlik bilmirik”.
Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək “Nant” – “Qarabağ” oyunu saat 20:45-də başlayacaq. Bu gün Liqa 1-in VII turunda “Lorient”in qonağı olacaq “Nant” sentyabrın 18-də “Lans”ı qəbul edəcək.