Fransanın “Nant” klubunun futbolçusu Şarl Traore Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının G qrupunun II tur matçını buraxacaq.
AzerTimes xəbər verir ki, malili müdafiəçi zədə səbəbindən oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.