Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərində namizədliyi ilə bağlı müraciət edən, lakin imza vərəqini geri qaytarmadığı üçün namizədliyi qeydə alınmayan Sarvan Kərimov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib.
AzerTimes xəbər verir ki, o, inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr barədə iddia irəli sürüb.
İddia Bakı İnzibati Məhkəməsinin hakimi Tural Məlikovun icraatına verilib.
Qeyd edək ki, S.Kərimov ikinci dəfədir ki, MSK-nı məhkəməyə verir. O, bu il yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək prezidentliyə namizəd kimi qeydə alınmaq üçün tələb olunan 40 min imzanı müddətin qısa olması səbəbilə toplaya bilmədiyini iddia edib.