Meyxanaçı Namiq Qaraçuxurluya ağır itki üz verib.
AzerTimes Olay.az-a istinadən xəbər verir ki, sənətçinin anası Qənirə xanım dünyasını dəyişib.
Qeyd edək ki, 2 il əvvəl söz xiridarının anası İranın Ərdəbil şəhərində əməliyyat olunmuşdu. O, uzun müddət qida borusundakı xərçəng xəstəliyindən əziyyət çəkirmiş.