

Bazar günü gecə naməlum şəxs Amerikanın Pensilvaniya ştatının qubernatoru Coş Şapironun iqamətgahında yanğına səbəb olub.
AzerTimes xəbər verir ki, bu barədə Coş Şapiro şəxsi X hesabında paylaşım edib.
Hadisə nəticəsində qubernator və ailəsi təhlükəsiz şəkildə iqamətgahdan təxliyə olunub. Xəsarət alan olmayıb, yanğın qısa müddətdə söndürülüb.
Hazırda hücum edənin kimliyi və motivləri barədə rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.