Naməlum pilotsuz təyyarələr Serbiya ordusunun Kosovo və Metoxiya ilə inzibati xətti yaxınlığında aşkarlanıb.
AzerTimes xəbər verir ki, bunu Serbiya Baş naziri Ana Brnabiç bildirib.
Qeyd olunub ki, sözügedən PUA-lar Serbiya ordusunun mövqelərini izləyib.
Baş nazir bu vəziyyətin təkrarlanacağı təqdirdə PUA-ları vuracaqlarını bildirib.