Naməlum pilotsuz təyyarə Suriyanın cənub-şərqindəki “Ömər” neft yatağında yerləşən ABŞ hərbi bazasına raket zərbələri endirib.
AzerTimes xəbər verir ki, bu barədə Livanın əl-Mayadin telekanalı məlumat yayıb.
“Naməlum PUA Deyr əz-Zor əyalətinin şərqindəki Ömər yatağındakı ABŞ hərbi bazasına bir neçə raket hücumu həyata keçirib, dağıntının miqyası hələ dəqiq deyil”, – telekanal bildirib.
Qeyd olunub ki, bundan sonra bazada bir neçə partlayış səsi eşidilib.
Telekanalın məlumatına görə, ABŞ hərbçiləri daha sonra hücuma cavab olaraq Mayadin şəhəri yaxınlığındakı kənd təsərrüfatı sahələrinə artilleriya zərbələri endirib.