Xəbər - Çingiz Səfərli – Trend:
İtkin düşmüş vətəndaşlarımızın şəxsiyyətinin müəyyən edilməsi üçün naməlum məzarların açılması istiqamətində işlər davam etdirilir.
AzerTimes xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev açıqlama verib.
O bildirib ki, qəbirlərin açılmasında məqsəd DNT nümunələrinin götürülməsi və məzardakıların şəxsiyyətinin müəyyən edilməsidir: “Birinci Qarabağ Müharibəsi dövründə bizim 4000-ə yaxın vətəndaşımız itkin düşüb. Torpaqlarımız azad edildikdən sonra həmin ərazilərdə qazıntı işləri, istintaq tədbirləri aparan zaman orada cəsədlər aşkar edilib. Onların şəxsiyyətinin müəyyən edilməsi üçün naməlum məzarların açılması həyata keçirilir. İtkin düşənlərin yaxınlarından, qohumlarından DNT nümunələri götürülüb. Məqsədimiz itkin düşmüş vətəndaşlarımızın müəyyən edilməsi və onların nəşinin yaxınlarına təhvil verilməsidir”.