Xəbər - Samir Əli – Trend:
Naməlum avtomobil tərəfindən vurulan Qəbələ sakini ölüb.
Baş Prokurorluqdan AzerTimes-a
verilən məlumata görə, Qəbələ rayonunun Böyük Əmilli kənd sakini,
1975-ci il təvəllüdlü Salahov Bəxtiyar Tacir oğlunun qeyri-aşkar
şəraitdə sağ ayağının baldır sümüklərinin açıq sınığı xəsarətlərini
alması və göstərilmiş tibbi yardıma baxmayaraq, Qəbələ rayonunun
Diaqnostika Mərkəzində 25 dekabr 2022-ci il tarixdə vəfat etməsi
faktına görə Qəbələ rayon prokurorluğu tərəfindən Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi
(ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş nəqliyyat
vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat
vasitələrinin istismarı qaydaları pozma) ilə cinayət işi
başlanılaraq istintaq aparılması üçün Qəbələ rayon polis şöbəsinin
İstintaq bölməsinə göndərilib.
Hazırda cinayət hadisəsinin hansı şəraitdə baş verməsinin
müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat
tədbirləri davam etdirilir.