Nağd ödənişlərdə ƏDV qaytarılması ləğv edilməlidir!

Nağd ödənişlərdə ƏDV qaytarılması ləğv edilməlidir!

Nağd ödənişlərdə ƏDV-nin geri qaytarılması ümumiyyətlə ləğv edilməlidir. Çünki bu proqramın əsas məqsədi nağdsız ödənişlərin stimullaşdırılmasıdır. Bu halda ölkə iqtisadiyyatını kölgə iqtisadiyyatından çıxarmaq mümkün olacaq.

Bu sözləri AzerTimes-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Vergi Məcəlləsinə ƏDV-nin geri ödənilən hissəsinin nağdsız əməliyyatlara görə 10%-dən 17,5%-ə qaldırılması, nağd əməliyyatlara görə isə 10%-dən 5%-ə endirilməsinin təklif edilməsi haqda danışarkən deyib.

“Nağdsız ödənişlərin ƏDV faizini 17,5%-dən 25%-ə qaldırmaq lazımdır. Bu daha məntiqli və doğru qərar olar. Hökumət bu haqda bir daha düşünməlidir. Çünki indiki qərarın effekti az olacaq. Eyni zamanda inflyasiyanın qarşısını almaq haqqında da düşünmək lazımdır”, – o bildirib.

Teqlər: