Naftali Bennet İsrailin yeni baş naziri oldu

İsraildə “Yamina” partiyasının lideri Naftali Bennetin bu gün Knessetdə (ölkə parlamenti) 13-cü baş naziri olaraq and içmə mərasimi keçirilib.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, daha əvvəl əvvəl Knesset 59 səs əleyhinə 60 səslə Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib və “Yesh Atid” partiyasından Miki Levini yeni spiker seçib.

Səkkiz partiyanın iştirakı ilə koalisiya əsasında qurulan 36-cı İsrail hökumətində Müdafiə Nazirliyinə “Kahol-Lavan”ın sədri Beni Qantz, Xarici İşlər Nazirliyinə ilk iki ildə Lapid, Daxili İşlər Nazirliyinə “Yamina” partiyasından Ayelet Şaked rəhbərlik edəcək. Kabinetdə üç rusdilli nazir olacaq: “Evimiz İsrail” partiyasının başçısı Aviqdor Liberman Maliyyə, “Yesh Atid”dən Konstantin Razvozov Turizm və “Yeni Ümid”dən Zeev Elkin Qüds İşləri Nazirliklərinə rəhbərlik edəcəklər.

Teqlər: