Naftalanda işəgötürənlərlə görüş keçirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin 18 saylı Ərazi Məşğulluq filialı və
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda
fəaliyyət göstərən iri işəgötürənlərlə görüş keçirilib. Onlara
Agentliyin fəaliyyət istiqamətləri və işəgötürənlər üçün nəzərdə
tutulan dəstək proqramları barədə məlumat verilib.

Görüşün nəticəsi olaraq işəgötürənlər tərəfindən ofisiant,
qeydiyyatçı, aşpaz, texnik, dayə, laborant, ingilis və rus dili
üzrə peşə hazırlığı kurslarının təşkili üçün müraciət edilib. Əlavə
olaraq sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşməsi
proqramı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin, 18 saylı Ərazi Məşğulluq Filialı tərəfindən Tərtər
rayonu ərazisində yerləşən 1, 2 və 6 saylı şəhər, Seydimli və
Qaradağlı kənd orta məktəblərinin buraxılış siniflərində təhsil
alan şagirdlər üçün peşəyönümü məsləhət görüşləri keçirilib.


Şagirdlərə düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi,
müasir əmək bazarında tələb olunan peşə və ixtisaslar barədə
məlumatlar verilib. Əmək bazarında mövcud vəziyyətlə bağlı
təqdimatlar edilib. Şagirdlərlə müsahibə və testlər keçirilib.

Dövlət Məşğulluq Agentliyi ölkədə işsiz və işaxtaran şəxslərin
məşğulluğunu təmin edən, onların peşə bilik və bacarıqlarını
inkişaf etdirən, işini itirmiş şəxslərə müvəqqəti maddi dəstək
göstərən publik hüquqi şəxsdir. Agentlik bu xidmətləri 22 ərazi
məşğulluq filialı, 36 xidmət şöbəsi və 3 peşə hazırlıq mərkəzi
vasitəsilə həyata keçirir. Göstərilən xidmətlər, icra edilən layihə
və proqramlar barədə daha ətraflı məlumat üçün www.dma.gov.az saytına, 142 çağrı
mərkəzinə və ya Agentliyin müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz.

Teqlər: