Qiymətləri dövlət tərəfindən tənzimlənən malların sayı artıb.
Nazirlər Kabineti bununla bağlı “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən bundan sonra Naftalan neftinin qiyməti dövlət tərəfindən tənzimlənəcək.