Nabran yolunda ağır qəza

Nabran yolunda ağır qəza

Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Xaçmaz-Nabran yolunun 16-cı kilometrliyində, Qusarçay kəndi ərazisində “Mercedes” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 26 yaşlı oğlan vəfat edib. Maşında olan 24 yaşlı oğlan isə ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır