Xaçmaz rayonunda 43 yaşlı kişi dənizdə batıb.
AzerTimes xəbər verir ki, hadisə Nabran kəndində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Emin Tofiq oğlu İsmayılovun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb.
Emin İsmayılovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.