Xəbər - Orxan Nəbiyev – Trend:
Myanmanın keçmiş rəhbəri, sabiq dövlət müşaviri Aun San Su Çji 4 il müddətinə həbs cəzasına məhkum edilib.
Trend-in məlumatına görə, o, orduda fikir ayrılıqlarının qızışdırılmasında, eləcə də COVID-19 infeksiyası ilə bağlı qaydaları pozmaqda ittiham edilib.
Myanmanın ilk qadın rəhbəri olmiş Aun San Su Çji bu ittihamların hər birinə görə iki il həbs cəzası alıb.
Xatırladaq ki, Aun San Su Çji 2021-ci il il fevralın 1-də baş vermiş hərbi çevriliş nəticəsində devrilmişdi. Ona qarşı ümumilikdə 11 ittiham irəli sürülüb. Bütün ittihamların təsdiq olunacağı təqdirdə onun 104 il müddətinə həbs cəzasına məhkum olunması gözlənilir.