Myanmada etirazçılarla təhlükəsizlik qüvvələri arasında fevral ayının əvvəllərindən bəri baş verən qarşıdurmalarda ölənlərin sayı 737-ə yüksəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiyasiyası bildirib.
Qeyd olunub ki, 18 aprel tarixi üçün hərbi xunta tərəfindən 737 nəfərin ölümü təsdiqlənib.
Bildirilib ki, 3 229 nəfər azadlıqdan məhrum edilib, onlardan 75-i barədə həbs cəzası seçilib.