Myanmada toqquşmalarda ölənlərin sayı 570 nəfərə çatıb

Myanmada etirazçılar və güc strukturları əməkdaşları arasında toqquşmalar davam edir.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, fevralın 1-dən davam edən toqquşmalar nəticəsində ölənlərin sayı 570 nəfərə çatıb.


Məlumata əsasən, 2 728 etirazçı həbsdə saxlanılır, bundan əlavə 38 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 443 nümayişçinin saxlanılması ilə bağlı qərar qəbul edilib.