Myanmada toqquşmalarda ölənlərin sayı 557 nəfərə çatıb

Myanmada etirazçılar və güc strukturları əməkdaşları arasında toqquşmalar davam edir.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, fevralın 1-dən davam edən toqquşmalar nəticəsində ölənlərin sayı 557 nəfərə çatıb.


Məlumata əsasən, son sutkada saxlanılan etirazçılardan 110 nəfəri azad edilib, 2 658 etirazçı hələ də həbsxanadadır. Bundan əlavə 38 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 235 nümayişçinin saxlanılması ilə bağlı qərar qəbul edilib.