Myanmada hərbi qüvvələrin hakimiyyətə gəlişindən sonra 34 jurnalist daxil olmaqla təxminən 1,3 min nəfər nəzarətə alınıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Myanmadakı Siyasi Məhbuslara Yardım Assosiasiyası məlumat verib.
“2 Mart tarixinə qədər 1294 nəfər saxlanılıb. Hazırda 988 hələ də nəzarət altındadır, bunların arasında 4 nəfər həbs cəzasına məhkumdur. Təxminən 30 nəfər öldürülüb”, – məlumatda vurğulanır.
Təşkilata görə, Myanmada jurnalistlər medianın fərqlənmə nişanlarını daşısalar belə, hücumlara məruz qalaraq həbs olunurlar: “Ümumilikdə 34 jurnalist saxlanılıb, bunlardan yalnız 15-i sərbəst buraxılıb”.