Myanma prezidenti Vin Myin və ölkənin hakim “Demokratiya Uğrunda Milli Liqası” partiyasının rəhbəri Aun San Su Çji saxlanılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi partiyanın mətbuat katibi Myo Nyintaya istinadən bildirib.
Onun dediklərinə görə, partiyanın digər yüksək vəzifəli nümayəndələri də tutulub.
M.Nyint yaxın zamanda tutulacağını gözlədiyini də əlavə etdi. Bildirilib ki, Aun San Su Çji Myanma hərbçiləri tərəfindən saxlanılıb.