HƏMAS hərəkatı İsrailin təcavüzünə son qoyacaq istənilən ideyanı müzakirə etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə deyib.
“Biz təsdiq edirik ki, təcavüzün dayandırılmasına gətirib çıxaracaq, İordan çayının qərb sahilində və Qəzza zolağında asayişin bərpası üçün qapı açacaq hər hansı ideya və ya təşəbbüsləri müzakirə etməyə hazırıq”, – deyə Haniyə bildirib.