Müxtəlif xidmətlər, endirimlər – Telefonumuza göndərilən belə zəng və mesajları necə əngəlləyək?

Xəbər - Fərid Zöhrabov – Trend:

Mobil telefonumuza gün ərzində müxtəlif xidmətlər, endirim aksiyaları barədə zənglər, mesajlar gəlir. Naməlum şirkət və dükanların adından müəyyən təkliflər irəli sürülür.

Bu barədə Trend-ə danışan İKT üzrə ekspert Ramazan Seyidov bildirib ki, bu məlumatlar əsasən haker proqramları və müəyyən link vasitəsilə göndərilir.

Ekspert qeyd edib ki, mobil telefona gələn həmin linkə klik etdikdən sonra kontaktlar ələ keçirilir. Ələ keçirilən nömrələrə yenidən həmin linklər göndərilir və həndəsi silsilə şəkilində proses davam edir. Bütün bunlardan qurtulmağın yeganə yolu mobil telefonun format olunması və etibarlı antivirus proqramlarının yazılmasıdır. Bəzi insanlar düşünür ki, nömrələri şirkətlərə operatorlar verir. Bu əsla belə deyil və ciddi qanun pozuntusudur.

Bəzən özümüz də mağazalarda təşkil olunan bonus aksiyalarında iştirak edirik. Müəyyən sənədləri doldurarkən nömrəmiz avtomatik olaraq həmin mağazanın və şirkətin sisteminə düşür”,- deyə R.Seyidov bildirib.

Teqlər: