Moldovanın paytaxtı Kişinyovda müxalifyönlü “Şor” Partiyasının tərəfdarları mitinqlərə başlayıblar.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Mitinq iştirakçıları ölkə rəhbərliyinin istefasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.
Qeyd edək ki, sentyabr ayından bəri Moldova müxalifəti mitinqlərə başlayıb.