Müttəfiqlərimizə daim xəyanət etmişik – Kostanyan

Müttəfiqlərimizə daim xəyanət etmişik – Kostanyan

Ermənilər müttəfiqlərinə daim xəyanət ediblər və hazırkı vəziyyətə görə özləri günahkardır.

AzerTimes xəbər verir ki, bunu erməni jurnalist Lilit Kostanyan Feysbuk səhifəsində yazıb.

“Əsrlər boyu problem həll etməməyi o qədər sevdik ki, bu, fəlakətə çevrildi. Oturub ağlaya-ağlaya əsərlər yazdıq, qəmli mahnılar bəstələdik, inildədik, faciələrimizdən biznes qurduq, sonra bütün dünyanı günahlandırdıq ki, bizə kömək etmədilər. Amma heç vaxt etiraf etməmişik ki, dünya ilə düzgün “dostluq” qurmağı bilmirik, biri ilə müttəfiq olacağıq, sonra onu tərk edib başqa birinə qaçacağıq, sonra da digərini tərk edəcəyik və bu, davam edəcək. Amma heç bir halda etiraf etməyəcəyik ki, bu cür rəftarın günahkarı yalnız bizik. Hərdən fikirləşirəm ki, biz 21-ci əsrə qədər necə sağ qala bilmişik?” – o bildirib.

Teqlər: