Xocalı görüşündən dərhal sonra Azərbaycan mədənlərə girib.
AzerTimes xəbər verir ki, bu barədə jurnalist Rauf Arifoğlu məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan ekofəalları Qarabağ ərazisində olan təbii sərvətlərin talanmasına və ətraf mühitin çirklənməsinə etiraz olaraq 12 dekabr 2022-ci ildən Laçın yolunda aksiya keçirir. Aksiyanın tələblərindən biri də azərbaycanlı mütəxəssislərin yataqlarda monitorinq apara bilməsidir.
Xatırladaq ki, bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə yerləşdirilən rus sülhməramlı kontingentinin Xocalıda yerləşən qərargahında Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.