Xəbər - Fərid Zöhrabov – Trend:
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkar edilib.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin inzibatçısı barəsində isə inzibati qaydada tədbir görülüb.