Müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Bərdədə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.


Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektə cavabdehlik daşıyan Sadiq Haqverdiyev barəsində qanunauyğun tədbir görülüb və məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Teqlər: