Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir

Mavritaniya Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani
Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən
səmimi təbriklərimi çatdırmaqdan, dost Azərbaycan xalqına böyük
tərəqqi və firavanlıq arzulamaqdan məmnunluq duyuram.

Dost xalqlarımızın mənafelərinə xidmət etmək üçün ölkələrimiz
arasında mövcud olan əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və
inkişafı naminə səylərimizi davam etdirmək niyyətimizi bir daha
ifadə edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

XXX

Qabon Prezidenti Ali Bonqo Ondimba Prezident İlham Əliyevə
təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

“Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Qabon hökuməti, xalqı adından və şəxsən öz adımdan
Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu əlamətdar bayramın yaratdığı xoş fürsətdən istifadə edərək
Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı ifadə edir, dost
Azərbaycan xalqına uğurlar diləyirəm.

Qabon ilə Azərbaycan arasında dostluq əlaqələrinin
möhkəmləndirilməsində və yeni səviyyəyə yüksəldilməsində Sizinlə
əməkdaşlıq etməyə hazır olduğumu bir daha bildirirəm.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul
edin”.

XXX

Myanma Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə
Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan
Sizə və Zati-alinizin simasında Azərbaycan xalqına səmimi
təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Myanma ilə Azərbaycan arasında mövcud dostluq
münasibətləri birgə səylərimiz nəticəsində qarşıdakı illərdə daha
da inkişaf edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı
və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah
arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

Teqlər: