Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mger Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşü sərhəddə keçirilib.
AzerTimes xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi görüşün Qazax rayonu ilə (Azərbaycan) Tavuş rayonunun (Ermənistan) sərhədində baş tutduğunu açıqlayıb.