Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün Bakıya səfərə gəlib.
AzerTimes xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclisin Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.