Mustafa Şentop Bakı bəyannaməsinin detallarını açıqladı

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli iclasının yekunu olaraq imzalan Bakı bəyannaməsinin məqsədi ilk növbədə üç qardaş ölkənin parlamentləri arasında münasibətləri inkişaf etdirməkdir.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Şentop bildirib ki, bəyannamədə parlamentlər arası dialoqu, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, ümumi maraq doğuran regional və qlobal məsələlər üzərində birgə işləmək nəzərdə tutulur:
“Biz indiyə qədər də bu cür əməkdaşlıq edirdik. Sadəcə bu formatı yaratmaqla biz əməkdaşlığımızı müəyyən çərçivəyə saldıq”.

Teqlər: