Xəbər - Çingiz Səfərli – Trend:
Növbəti ildə musiqi məktəblərinə işə qəbul imtahanının keçirilməsinə başlayacağıq.
AzerTimes-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, imtahanların gecikməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var.
“Təəssüf ki, musiqi məktəblərində işə qəbulla bağlı nöqsanlar aşkarlanıb. İmtahanların keçirilməsi üçün metodologiya hazırlanmalıdır. İstəyirik ki, Dövlət İmtahan Mərkəzini cəlb edək və Mədəniyyət Nazirliyi prosesdən kənar dursun. Həmçinin müəllimlərin diaqnostikasının aparılmasını istəyirik ki, bununla da orada olan nöqsanları müəyyən edək”, – nazir deyib.
A.Kərimovun sözlərinə görə, hazırda 220-yə yaxın musiqi məktəbi fəaliyyət göstərir.