Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MUSİAD) nümayəndələri İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin Ticarət naziri Ruhsar Pekcanın iştirakı ilə keçirilən Türkiyə-Azərbaycan işgüzar gürüşündə iştirak ediblər.
Bu barədə qurumdan AzerTimes-a daxil olan məlumatda bildirilib.
Məlumata əsasən, görüşdə qurum adından, Müsiad İdarə Heyətinin Sədri Abdurrahman Kaan və MÜSİAD Azərbaycan təşkilatının İdarə Heyəti sədrinin müavini Rəşad Cabirli iştirak edib.
Məlumatda qeyd olunub ki , görüş R.Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.
Qurumdan Trend-a daxil olan məlumatda qedy edilib ki , Türkiyənin Ticarət naziri R.Pekcan Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirib, Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlı olduqlarını bildirib.