Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) nümayəndə heyəti Quba rayonuna səfər edib.
AzerTimes-ın məlumatına görə, tanışlıq xarakteri daşıyan səfər zamanı MUSİAD nümayəndə heyəti ilə İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev arasında görüş olub.
Görüş zamanı MUSİAD heyəti Quba rayonunda investisiya mühitini müzakirə edib, türkiyəli iş adamlarının artan marağı qeyd olunub.
Görüş zamanı tərəflər azərbaycanlı və türkiyəli iş adamlarılnın təcrübə mübadiləsi məsələsini müzakirə ediblər.
Daha sonra MUSİAD heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Görüşün sonunda türkiyəli qonaqlar tərəfindən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə simvolik olaraq xatirə hədiyyəsi təqdim edilib.