MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Bakıda iş adamlarının görüşü keçirilib (FOTO)

Bu gün MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Bakıda iş
adamlarının görüşü keçirilib.

Trend xəbər verir ki, görüşdə Türkiyənin Kocaeli bölgəsinin
Körfəz Ticarət Palatasından 30 nəfərlik nümayəndə heyəti, eyni
zamanda MÜSİAD Azərbaycan üzvləri və 150-dən çox iş adamı iştirak
edib.

İş dünyasının önəmli simalarının bir araya gəldiyi görüşdə
əlaqələrin möhkəmləndirilməsi və birgə iş imkanları müzakirə
olunub.

MÜSİAD Azərbaycan tərəfindən daha əvvəl 2 dəfə, bu gün isə
üçüncüsü keçirilən iş adamalarının şəbəkəyönümlü görüşündə iştirak
edən edən qonaqlar keçirilən bu görüşün vacibliyini vurğulamaqla
yanaşı məmnunluqlarını da bildiriblər.

Teqlər: