MÜSİAD Azərbaycan və Türkiyənin Bahçeşehir universiteti CO-OP
(Cooperative Education Program) çərçivəsində əməkdaşlıq
perspektivlərini müzakirə ediblər.
Bu barədə AzerTimes-a MÜSİAD-dan daxil olan məlumatda
bildirilib.
Məlumatda qeyd olunub ki, tələbələrin təhsillərini davam
etdirməklə paralel olaraq onların aktiv iş təcrübəsi qazanmalarına
imkan yaradan CO-OP əməkdaşlığı MÜSİAD Azərbaycan rəhbəri Rəşad
Cabirli və Bahçeşehir Universiteti, Beynəlxalq əlaqələr şöbəsinin
rəhbəri Öznur Zer tərəfindən müzakirə olunub.
Görüşdə eyni zamanda Bahçeşehir Universitetinin Azərbaycan
təmsilçisi Emin Məmmədov da iştirak edib.
Görüşdə MÜSİAD Azərbaycanın rəhbəri R.Cabirli CO-OP əməkdaşlığın
Azərbaycanda yeni olmasına baxmayaraq, ciddi marağa sədəb ola
biləcəyini qeyd edib.
Onun sözlərinə görə, MÜSİAD Azərbaycan ölkə gənclərinin aktiv iş
həyatına qoşulmasını dəstəkləyib və bu istiqamətdə səylər
göstərib.
Bahçeşehir Universiteti, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri
Öznur Zer də öz növbəsində bu modelin Türkiyədə Bahçeşehir
Universiteti tərəfindən tətbiq edildiyini və geniş marağa səsəb
olduğunu bildirib.
O qeyd edib ki, eyni təcrübənin Azərbaycanda da tətbiq
edilməsinin perspektivli olacağına inanır.
Qeyd edək ki, CO-OP universitet, işəgötürən təşkilat və tələbə
arasında koordinasiyanı təmin edir və bu model Türkiyədə geniş
tətbiq olunur.