MÜSİAD Azərbaycan rəhbərliyi TÜRKPA Baş katibi ilə görüş keçirib (FOTO)

Bu gün MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli və qurumun
İdarə Heyətinin üzvləri TÜRKPA Baş katibi Mehmet Süreyya Er ilə
görüş keçirib.

Trend-in
məlumatına görə, görüş zamanı qarşılıqlı əməkdaşlıq barəsində fikir
mübadiləsi aparılıb, əlaqələrin bundan sonra da inkişaf etdirilməsi
ətrafında müzakirələr edilib. Rəşad Cabirli MÜSİAD Azərbaycanın
fəaliyyəti və həyata keçirdiyi layihələr barəsində Mehmet Süreyya
Erə geniş məlumat verib.

O qeyd edib ki, bu gün Azərbaycanla Türkiyə arasında
münasibətlər yüksək səviyyədədir. Həmçinin bildirilib ki,
Azərbaycanda türkiyəli iş adamlarının və investorların fəaliyyəti
üçün hər cür şərait yaradılıb və onlar hər hansı çətinliklərlə
qarşılaşmırlar. Vurğulanıb ki, MÜSİAD Azərbaycanın səmərəli
fəaliyyəti nəticəsində Azərbaycan və Türkiyə iş adamları arasında
münasibətlər inkişaf edir və türkiyəli iş adamlarının Azərbaycana
marağı artmaqdadır. Qeyd edilib ki, MÜSİAD Azərbaycan öz fəaliyyəti
çərçivəsində iki qardaş ölkə arasında əlaqələrin daha da
genişlənməsinə öz töhfəsini verməkdədir.

Qarşılıqlı müzakirələrlə keçən görüşdə MÜSİAD Azərbaycan və
TÜRKPA arasında qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə olunub
və birgə həyata keçirilə biləcək layihələrlə bağlı işlərin
reallaşdırılması, bu cür görüşlərin müntəzəm olaraq keçirilməsi
barədə qərar verilib.

Teqlər: