Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin prezidenti Abdurahman Uzun, vitse-prezident Rəşad Cabirli, İdarə heyətinin üzvü Osman Yaqubov və Beynəlxalq komitənin üzvləri İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidi ziyarət ediblər.
MÜSİAD- AzerTimes-a verilən məlumata görə, görüş zamanı MÜSİAD və MÜSİAD Azərbaycan haqqında səfirə məlumat verilib və müştərək olaraq həyata keçirilməsi mümkün olan layihələr müzakirə olunub.
Azərbaycan və İndoneziya arasındakı ticarət həcmini artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.
Səfirə MÜSİAD –ın Beynəlxalq Biznes Forumunu (Uluslararası İş Forumu İBF) Azərbaycanda keçirəcəyi haqda məlumat verilib və A.Uzun indoneziyalı iş adamlarının IBF forumunda iştirak etmələri üçün Azərbaycana dəvət olunmasına görə səfirin köməklik göstərməsini istəyib.
Görüş zamanı bu mövzuda konsensus əldə edilmişdir. Səfir Hildi Hamid İndoneziyalı iş adamlarının forumda iştirak etmələri üçün lazımi addımlar atacağını bildirib.