Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və Türkiyənin
Bahçeşehir Universiteti arasında memorandum imzalanıb.
AzerTimes-ın məlumatına görə, imzalanma mərasimindən sonra MÜSİAD
Azərbaycan prezidenti Rəşad Cabirli və BAU rektorunun müşaviri
Prof.Dr. Esra Hatipoğlu 2022-ci il üçün nəzərdə tutulan layihələr
haqqında fikir mübadiləsi aparıblar.
Görüş zamanı həmçinin tərəflər əlaqələrin daha da dərinləşməsi
üçün bundan sonra əməkdaşlığı intensivləşdirəcəklərini
bildiriblər.