MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)

MÜSİAD Azərbaycan idarə heyəti Quba rayonunda Heydər Əliyev mərkəzini ziyərət ediblər.

AzerTimes-ın məlumatına görə, 10 may Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Türkiyədən gələn qonaqlar Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan təşkilatının təmsilçiləri – təşkilatın İdarə Heyəti sədrinin müavini Rəşad Cabirli, idarə heyətinin üzvləri Alim Şentürk, İrfan Şahin, Hüseyin Yapar və şöbə müdiri Muhterem Öz Heydər Əliyev mərkəzində olublar.

Mərkəzin direkroru Elza Orucova qonaqları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən ekpozisiya bölmələri ilə tanış edərək geniş məlumat verib.

Qonaqlar Mərkəzin konfrans zalları, iş otaqları, əl işləri sərgisi otağı və dərnək otaqları ilə tanış olub, Ulu Öndərə həsr edilmiş “Heydər Əliyev – xatirələrdə” sənədli filmini izləyiblər.

Teqlər: